Dünya

Ukraynada İranın 10 hərbi məsləhətçisi öldürüldü

21 Oktyabr 2022 23:00
Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada İranın 10 hərbi məsləhətçisi öldürülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İsrailin "Jerusalem Post" qəzeti yazıb ki, Ukrayna silahlı qüvvələrinin ölkənin zəbt olunmuş ərazilərinə zərbələri nəticəsində bir neçə İran hərbçisi ölüb.

İranın "Aftabnews" xəbər saytı bu barədə yazır: 

"Ukrayna rəsmisi bildirib ki, ölkənin zəbt olunmuş bölgələrində Rusiya hərbçilərinə təlim keçmək üçün gələn ən azı 10 iranlı hərbçi Ukraynanın zərbələri nəticəsində həyatını itirib. Rusiya və Ukrayna arasındakı münaqişə qərblilərin "İran dronlarının istifadəsi" ilə bağlı bəyanatları nəticəsində yeni mərhələyə keçib.

Ukrayna və müttəfiqləri bildirir ki, Rusiya "Şahid 136" dronlarını İrandan alıb, amma, İran bunu inkar edir.

İran xarici işlər naziri bir müddət öncə iddia edib ki, "Rusiya ilə hərbi əməkdaşlıq edirik amma, Ukrayna savaşınq münasibətimiz bu ölkənin ərazi bütövlüyünə hörmət, tərəflərə silah göndərməmək, müharibəni dayandırmaq və əhalinin qaçqın düşməsinə son verməkdən ibarətdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.