"ABŞ və İsrail İranı parçalaya bilməyəcək".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
O bildirib ki, sanksiyalara baxmayaraq, Amerika və İsrail İran İslam Respublikasını parçalaya biləcək gücdə deyil:
"İran xalqı buna imkan verməyəcək. Lakin onlar təzyiqlərini artırıblar, çünki sanksiyalara baxmayaraq, İranın inkişaf etdiyini görürlər".
Milli.Az