Dünya

Sərhədçi yoldaşını güllələdi - Rusiyada

20 Oktyabr 2022 13:24
Baxış: 926
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada, Orenburq vilayətində kişi həmkarlarının gözü qarşısında arvadını güllələyib və dərhal intihara cəhd edib.

Milli.Az bildirir ki, bu barədə "Baza" Telegram kanalı xəbər verir.

Hadisə Rusiya-Qazaxıstan sərhədindən bir qədər aralıda, İzobilnoye kəndində baş verib. Qısqanclıq zəminində 36 yaşlı sərhədçi arvadını avtomatdan güllələyib, qadın aldığı xəsarətdən yerindəcə keçinib. Bundan sonra kişi intihara cəhd edib: o, yara ilə xəstəxanaya yerləşdirilib. Həkimlər sərhədçinin həyatı üçün mübarizə aparır.

Faktla bağlı hərbi-istintaq prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun üç övladı qalıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.