Dünya

Dünyanın ən böyük elektrik avtobus parkı Qətərdə

20 Oktyabr 2022 08:24
Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Dünya Çempionatı ərəfəsində Qətərin paytaxtı Dohada dünyanın ən böyük elektrikli avtobus parkı istifadəyə verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Qətərin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Qətərdə 478 elektrik avtobusundan ibarət avtobus parkı açılıb. Bu, dünyanın ən böyük elektrik avtobus parkıdır, Yaxın Şərqdə isə bir ilkdir və Ginnesin Rekordlar Kitabına düşüb.

Park gündə dörd meqavat elektrik enerjisi istehsal edə bilən 11 min günəş paneli ilə təchiz olunub.

Elektrikli avtobus parkında 1,4 mindən çox insan xidmət göstərəcək.

Qeyd edək ki, Qətərə Dünya Çempionatı üçün 1,5 milyondan çox azarkeşin gələcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.