Dünya

Yeniyetmələr əylənmək istədilər, qadını diri-diri yandırdılar

19 Oktyabr 2022 06:44
Baxış: 1 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Sverdlovsk vilayətinin Alapayevsk şəhərində iki yeniyetmə əylənmək qərarına gələrək 69 yaşlı təqaüdçünü diri-diri yandırıblar.

Milli.Az bildirir ki, bu barədə Life-a mənbə məlumat verib. Onun sözlərinə görə, hər şey oktyabrın 16-da baş verib.

Doqquzuncu sinif şagirdi və onun 12 yaşlı dostu gəzərkən yaşlı qadını görüblər. Dostlar yanacaqla dolu butulkaları çıxarıb, yoldan keçən qadına alışan maye tökərək yandırıblar.

Təqaüdçü qadın alovlananda yeniyetmələr qorxaraq su üçün qonşu evə qaçıblar. Onlar yerli sakinlərə yalan danışıblar ki, küçədə yanğın olub, bundan sonra xuliqanlara vedrə veriblər, amma artıq gec olub - qadın başının və bədəninin ağır yanıqlarından ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 9-cu sinif şagirdi hələlik azadlığa buraxılıb, sabah onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.