Dünya

Borrell: "Rusiya siyasi və hərbi cəhətdən müharibəni uduzur"

17 Oktyabr 2022 13:41
Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya müharibəni həm mənəvi, həm də siyasi və hətta hərbi cəhətdən uduzur".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə deyib.

"Rusiya günü-gündən daha çox təcrid olunur. Biz BMT Baş Assambleyasındakı səsvermənin nəticəsini gördük. Bütün bunlara görə biz Ukraynanın dəstəkləməyə davam etməliyik. Ukrayna XİN başçısı Dmitri Kuleba da bugünkü görüşdə iştirak edəcək", - o bildirib.

Cozep Borrell vurğulayıb ki, bloka üzv ölkələrin XİN başçıları bu gün həm də Ukrayna hərbçilərinə təlimlərin keçirilməsi ilə bağlı missiya barədə də müzakirə aparacaq: "Təlimlər yalnız əsgərlər üçün deyil, həm də komandirlər üçün nəzərdə tutulur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.