Dünya

Keçmiş malikanəsində yenidənqurma işləri aparılacaq

17 Oktyabr 2022 20:52
Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərhum müğənni Corc Mayklın Londonun Haygeyt rayonundakı dəbdəbəli malikanəsində əsaslı təmir işləri aparılır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirir ki, binanı 2020-ci ildə satın alan milyonçu Stiven Kemeron və həyat yoldaşı Kler Harris qonşuların etirazına baxmayaraq, binanı yenidən qurmağı planlaşdırırlar.

Yenidənqurma üçün icazə Haygeytin yerləşdiyi bələdiyyə şurası tərəfindən verilib. Layihəyə əsəsən, evin ön hissəsinin üst mərtəbəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutulur. Orada ikinci mətbəx və yaşayış sahələri inşa olunacaq.

Bundan əlavə, milyonçu və həyat yoldaşına damda terras düzəltməyə, həyətdə açıq duş tikməyə, hovuzu köçürməyə və ərazidə örtülü besedka quraşdırmağa icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.