Dünya

“Rubijnedə kadırovçular insanları evlərindən qovur”

16 Oktyabr 2022 15:56
Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Luqansk vilayətinin Rubijne şəhərində kadırovçular zabitlərini ora yerləşdirmək üçün insanları evlərindən çıxarırlar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyası rəhbəri Serhi Qayday Telegram-da məlumat verib.

"Rubejnoyedəki çeçenlər yerli sakinləri evlərindən qovurlar ki, onların "zabitləri" orada yaşasın. Qorxuda olan kadırovçular daim "yaşayış yerlərini" dəyişirlər", - Qaydai yazdı.

Bundan əlavə bildirilir ki, Luqansk vilayətində Rusiya ordusu Svatovo və Kremennaya istiqamətində yolları minalayır, körpüləri partladırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.