Dünya

ABŞ-da nəhəng ayı evin altında özünə yuva qurub - VİDEO

16 Oktyabr 2022 02:12
Baxış: 1 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Kolorado ştatının Parklar və Vəhşi Təbiət Departamentinin mütəxəssisləri Duranqo bələdiyyəsi sakininin evinin altında yuva salmaq qərarına gələn böyük bir ayını ərazidən uzaqlaşdırıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, idarənin əməkdaşı Con Livinqston sosial şəbəkələrdə heyvanın ibtidai məktəbin yanında yerləşən yaşayış binasının altından necə çıxarıldığını əks etdirən foto və videolar paylaşıb.

O bildirib ki, ayını evin altından çıxarıb yük maşınına salmaq üçün trankvilizator və beş nəfərin köməyi lazım olub.

Livinqston sözlərinə görə, ayının ən azı on yaşı var və təxminən 180 kiloqram ağırlığındadır.

Heyvana mikroçip implantasiya edilib və o, ərazidən 100 kilometr uzaqlaşdırılaraq vəhşi təbiətə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.