Dünya

Anadan qızı ilə görüşmək istəyən oğlanlardan qeyri-adi tələb - Yatmaq üçün minimum... - FOTO

13 Oktyabr 2022 18:12
Baxış: 3 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Kvinslend ştatının sakini, 19 yaşlı qızı ilə görüşmək istəyən oğlanların əməl etməli olduqları qaydaları sadalayıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, 36 yaşlı Ket Zoe Klark 17 yaşında ilk qızı Latişanı dünyaya gətirib. Səkkiz il sonra onun daha bir qızı Deja dünyaya gəlib. Klark Latişanın artıq görüşməyə başladığını açıqlayıb və onun cəsarətli uşaqları ilə ünsiyyətdə olmaq şansı olan gənclərə uğurlar arzulayıb.

Anasının sözlərinə görə, onun Latişa ilə görüşmək istəyən oğlanlar üçün dörd qaydası var.

Birincisi, oğlan yalnız qızı deyil, həm də valideynini doğum günü münasibətilə təbrik etməyə və hər ikisinə hədiyyə verməyə borcludur. 

İkincisi, Latişa ilə münasibətin ilk altı ayında onun gənclə gecələməsi qadağandır.

Üçüncüsü, qızın partnyorunun adekvat və şən bir ailəsi olmalıdır ki, Klark onunla birlikdə rahat tətil keçirsin. 

Dördüncüsü, oğlan ilk görüşdə Latişa üçün pul ödəməlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.