Dünya

Qadın müəllimin yol kənarında meyiti tapıldı

11 Oktyabr 2022 16:48
Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Leninqrad vilayətində yoxa çıxan 24 yaşlı korreksiya internat məktəbinin müəlliməsinin meyiti anası itkin düşdüyünü bildirdikdən iki gün sonra yolun kənarında tapılıb.

Milli.Az bildirir ki, hadisənin təfərrüatları barədə Rusiya Federasiyasının İstintaq Komitəsi Leninqrad vilayətinin İstintaq Şöbəsinin regional şöbəsi və Ren TV məlumat yayıb.

"2022-ci il oktyabrın 9-da Leninqrad vilayətinin Boksitoqorsk rayonunda Novaya Ladoqa-Voloqda magistralının kənarında 1998-ci il təvəllüdlü qızın meyiti bıçaq xəsarətləri ilə aşkar edilib", - qurumun məlumatında deyilir.

KİV-in məlumatına görə, oktyabrın 7-də Yefimovski kəndində yaşayan qız əvvəllər iki qətl törətməkdə təqsirli bilinən tanışının maşınına minib. Müstəntiqlərin aydınlaşdırdığı kimi, bu şəxs cinayətdə şübhəli bilinib və artıq saxlanılıb, 1972-ci il təvəllüdlü, hazırda işsizdir. Onun da zərərçəkənlə eyni kənddə yaşadığı məlum olub.

Faciədən əvvəl qızla onun avtomobilində hücum edən şəxs arasında mübahisə baş verib. Bundan sonra həmin şəxs müəlliməni bıçaqlayaraq onun meyitini magistralın 369-cu kilometrliyində yol kənarındakı çuxura atıb. Üstəlik, şübhəli şəxs avtomobili Podborovye kəndinə apararaq yandırıb.

İndi həmin şəxs müstəntiqlər tərəfindən dindirilir, bundan sonra ona qarşı ittiham irəli sürüləcək. İstintaq Komitəsinin əməkdaşları artıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət hazırlayıblar. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 məddəsinin 1-ci hissəsi ("Qətl") ilə cinayət işi başlanıb.  Hazırda hadisənin bütün şəraiti müəyyən edilir. Cinayət işi üzrə istintaq davam etdirilir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.