Dünya

Ekofəallardan qəribə davranış - FOTO

10 Oktyabr 2022 18:28
Baxış: 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyada iki ekofəal Viktoriya Milli Qalereyasında Pablo Pikassonun tablosuna əllərini yapışdırdıqları üçün həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, etiraz aksiyasını "Extinction Rebellion" qrupundan olan 59 yaşlı kişi və 49 yaşlı qadın həyata keçirib.

Cütlük "İqlim xaosu = müharibə və aclıq" yazılmış pankart açıb, aksiyalarını canlı yayımlayıblar.

Nəticədə qalereyanın ziyarətçiləri təxliyə edilib.

Qeyd olunur ki, Pikassonun 1951-ci ildə yazdığı "Koreyada qırğın" tablosu etiraz zamanı zədələnməyib. Belə ki, onun üzərində qoruyucu şüşə olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.