Dünya

Qambiyada 66 uşağın ölümü ilə bağlı araşdırma başladılıb

9 Oktyabr 2022 21:00
Baxış: 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qambiya polisi parasetamollu öskürək siropunun istifadəsi ilə bağlı ola biləcək 66 uşağın ölümü ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Narkotiklərlə Mübarizə Agentliyinin yüksək vəzifəli şəxsləri və Qambiyanın idxalçıları dindirilməyə çağırılıb.

Afrika ölkəsinin prezidenti Adama Barrou araşdırmanın əsaslı şəkildə aparılacağını vurğulayıb.

Dövlət başçısı apteklərin lisenziyasının dayandırılması ilə bağlı da sərəncam verib.

Eyni zamanda, Adama Barrou bu siropu satan apteklərin, eləcə də onun idxalçı şirkətinin lisenziyalarının dayandırılması barədə göstəriş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.