Dünya

ABŞ ilk yarım saatda bu donanmanı məhv edəcək

10 Oktyabr 2022 05:22
Baxış: 3 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə ABŞ Qara dəniz donanmasını və onun sahildəki bütün bazalarını ilk yarım saat ərzində məhv edəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontkovski deyib.

O, Vaşinqtonun bunun üçün nüvə silahına əl atmayacağını, əksinə, böyük şərti üstünlüyündən istifadə edəcəyini vurğulayıb:

"Əgər bu, Moskvada təəssürat yaratmasa, o zaman bir neçə gün ərzində Ukrayna ərazisində yerləşən bütün rus qruplaşmasını külə döndərəcəklər. ABŞ heç bir halda nüvə silahı ilə cavab verməyəcək. Çünki bu, mənasız terror cinayətidir. Amma onlar rusları daha sərt cəzalandıracaqlar".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.