Dünya

Ziyafət zamanı dostunu öldürüb, cəsədini çantada gizlədiblər

9 Oktyabr 2022 03:14
Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Novosibirskdə 31 və 34 yaşlı sərxoş dostlar ziyafət zamanı içki içən yoldaşını öldürüb və cəsədini alış-veriş çantasında gizlədiblər.

Milli.Az bildirir ki, bu barədə REN TV xəbər verib.

Telekanalın məlumatına görə, oktyabrın 6-da axşam saatlarında yoldaşlar Trolleynaya küçəsindəki evlərdən birinin mənzilində spirtli içki qəbul ediblər. Daha sonra iki şəxslə tanışları arasında mübahisə yaranıb və bu zaman əlbir olan şəxslər rəqibini boğaraq onun meyitini plyonkaya bükərək çantada gizlədiblər.

Onlar isti izlərlə həbs ediliblər. Həmin şəxslər əməllərini etiraf ediblər, onlar müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər.

Cinayət işinin başlanması məsələsi həll olunur. Məlum olub ki, münaqişə iştirakçılarından heç biri əvvəllər mühakimə olunmayıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.