Dünya

ABŞ-ın vitse-prezidentinin avtomobili qəzaya uğrayıb

6 Oktyabr 2022 08:14
Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin avtomobili bordürə çırpılıb və buna görə də nəqliyyat vasitəsinin təkərinin dəyişdirilməsi lazım gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, vitse-prezident Harrisi işə aparan kortej bazar ertəsi Kolumbiya dairəsində bağlı yolda avtomobil qəzasına düşüb.

"İdman avtomobilini idarə edən Məxfi Xidmətin agenti nəqliyyat vasitəsini şəhərin mərkəzində bordürə elə güclü çırpdı ki, təkər dəyişdirilməli oldu. Bu səbəbdən kortej səhər saat 10:20 radələrində dayanıb", - mənbələr bildiriblər.

Agentlərin onu Ağ Evə apara bilmələri üçün Harris kortejdəki başqa avtomobilə keçməli olub.

Məxfi Xidmət qəzanın təfərrüatlarını açıqlamayıb və bunu aparıcı avtomobildə "texniki nasazlıq" adlandırıb. Qeyd edilir ki, bu səbəbdən Vitse-prezident Harrisin başqa maşına əyləşməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.