Dünya

Başqa ölkənin paytaxtını ələ keçirməklə hədələyən oğluna görə üzr istədi

6 Oktyabr 2022 08:28
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uqanda Prezidenti Yoveri Museveni oğlunun Nayrobi şəhərini iki həftədən az müddətdə ələ keçirəcəyi ilə hədələyən tvitlərinə görə Keniya hakimiyyəti və öz ölkəsinin vətəndaşlarından rəsmi üzr istəyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Museveni tviterdə "Keçmiş ordu komandanı general Muhuzinin bu böyük ölkədəki seçkilərlə bağlı göndərdiyi tvitlərə görə keniyalı qardaş və bacılarımızdan bizi bağışlamalarını xahiş edirəm" deyə yazıb.

Qeyd edək ki, Museveninin oğlu, general-leytenant Muhuzi Kayneruqaba, xarici siyasət də daxil olmaqla, geniş spektrli mövzularda tez-tez tvit yazması ilə tanınır. Nayrobini ələ keçirmək hədəsi ilə bağlı son mesaj ona quru qoşunlarının baş komandanı postu bahasına başa gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.