Dünya

Tramp ABŞ Ali Məhkəməsinə müraciət edib

5 Oktyabr 2022 08:59
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ Ali Məhkəməsindən Ədliyyə Departamentinə Floridadakı mülkündə axtarış zamanı ələ keçirilən məxfi sənədlərin tədqiqini müvəqqəti qadağan etməyi xahiş edib.

Trend xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, dentyabrın sonunda Atlantanın 11-ci dairsəi üzrə Apellyasiya Məhkəməsi Ədliyyə Departamentinin ələ keçirilən məxfi sənədlərin tədqiqi tələbini təsdiqləyib. Bu, Florida məhkəməsinin sənədləri yalnız müstəqil tərəf təyin edilmiş vəkil Reymond Diari tərəfindən araşdırılacağına dair qərarını düzəltmiş oldu.

Lakin D.Trampın vəkillərinin fikrincə, apellyasiya məhkəməsinin belə bir qərar qəbul etmək üçün kifayət qədər səlahiyyəti olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.