Dünya

“Dünya artıq Üçüncü Dünya müharibəsi vəziyyətindədir” - Ağ Evin keçmiş müşaviri

2 Oktyabr 2022 09:46
Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qərb artıq Rusiya ilə Üçüncü Dünya müharibəsində iştirak edir, amma bunu hiss etmir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Rusiya üzrə keçmiş müşaviri Fiona Hill "The New Yorker" qəzetinə müsahibəsində bildirib.

Onun fikrincə, Vaşinqton və Qərbin Rusiya ilə münaqişədən qaçaraq Ukraynanı dəstəkləməkdə davam edəcəyi ehtimalı ilə bağlı indiki bir çox şərhlərdə özünü aldatma elementi var.

O qeyd edib ki, etiraflardan asılı olmayaraq dünya artıq Üçüncü Dünya müharibəsi vəziyyətindədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.