Dünya

"Ukrayna üçün heç nə dəyişməyəcək"

30 Sentyabr 2022 22:57
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, ölkəsinin Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya tərəfindən ilhaqı ilə bağlı açıqlama verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Kuleba bu haqda tvitter hesabında paylaşım edib:

"Ukrayna üçün heç nə dəyişməyəcək. Biz ərazi bütövlüyümüzü bərpa edərək sərhədlərimizi və xalqımızı azad etməyə davam edəcəyik".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri bu gün imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.