Dünya

Göz yaşları, kədər, ayrılıq: Rusiyada səfərbərlik - FOTO

28 Sentyabr 2022 11:07
Baxış: 11 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 21-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Milli.Az bildirir ki, RF Müdafiə Nazirliyinin bəyanatına görə, təqribən 300 min nəfəri ehtiyatdan ordu sıralarına çağırmaq nəzərdə tutulub.

İlk olaraq döyüş təcrübəsinə malik şəxslər, habelə atıcı, tankçı, artilleriyaçı, sürücü və s. kimi hərbi-uçot ixtisaslarına malik vətəndaşlar səfərbərliyə cəlb ediləcək.

Onların təxminən bir ay hazırlıq keçəcəyi vurğulansa da, səfərbərliklə çağırılanların dediklərinə və sosial şəbəkələrdəki paylaşımlarına görə, heç bir hazırlıq olmadan Ukraynaya, müharibəyə göndərilirlər.

Səfərbərliyə cəlb edilmiş şəxslərə müqavilə əsasında xidmət edən hərbçilərin maaşı qədər vəsait ödənəcəyi deyilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.