Dünya

Marsda daşqın izləri tapıldı

27 Sentyabr 2022 19:56
Baxış: 798
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin "Zhuzhong" roveri Utopiya düzənliyində Marsın daxili quruluşu haqqında ilk məlumatları alıb. O, qırmızı planetdə güclü daşqınların baş verdiyini sübut edən bir neçə çöküntü süxurları aşkar edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, düzənlik daşqınlar zamanı vaxtaşırı su altında qalıb və çöküntülərlə örtülüb.

Qeyd edək ki, "Zhuzhong" roveri Çinin 2020-ci ilin iyulunda günəş sistemindəki dördüncü planetə göndərilən "Tianwen-1" Mars missiyasının mərkəzi hissəsidir. Aparat ötən ilin fevral ayında planetə enib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.