Dünya

12 yaşlı qız atasını güllələdi

26 Sentyabr 2022 19:40
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Texas ştatında 12 yaşlı qız rəfiqəsi ilə ailə üzvlərini və ev heyvanlarını öldürmək, sonra isə Corciyaya qaçmaq qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qızlardan biri atasını güllələyib, onu qarnından yaralayıb, sonra isə özünü öldürmək istəyib. Qız küçədə başından güllə yarası ilə tapılıb. Atası və qızı xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə hələ məlumat verilmir.

Azyaşlının rəfiqəsi isə planını həyata keçirməyib. O, qətl məqsədilə cinayətkar sövdələşmədə ittiham olunur.

Parker vilayətinin şerif ofisi bildirib ki, qızlar həftələrdir qətli və qaçışı planlaşdırıblar. Onların motivləri hələ aydın deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.