Dünya

Ermənistanda ölən hərbçilərin yaxınları saxlanıldı - VİDEO

21 Sentyabr 2022 12:20
Baxış: 2 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda ölən hərbçilərin yaxınları gecədən "Yerablur" hərbi panteonuna toplaşıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onların məqsədi ölkənin Baş naziri Nikol Paşinyanın panteona girişinə əngəl olmaq olub.

Buna baxmayaraq, səhər saatlarından həmin əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

Polis hərbçilərin yaxınlarına qarşı zor tətbiq edərək onları ərazidən uzaqlaşdırmağa çalışıb.

Məlumata görə, 37 nəfər saxlanılıb və polis bölmələrinə aparılıb.

Saxlanılanlar arasında qadınlar da var və onlardan ikisinin yaralandığı bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.