Dünya

Yalnız bir dəhliz var, başqası ola bilməz - Simonyan

17 Sentyabr 2022 18:40
Baxış: 2 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yalnız Laçın dəhlizi mövcuddur, başqası yoxdur və ola bilməz.

Milli.Az axar.az-a istinadla bildirir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın İctimai kanalına açıqlamasında deyib.

"Bu, suverenlik və təhlükəsizlik haqda söhbətlərdir və mən bütün partnyorları və medianı bu söz birləşməsindən (Zəngəzur dəhlizindən söhbət gedir - red.) imtina etməyə çağırıram:

"Yalnız bir dəhliz var, digəri yalnız Azərbaycan Prezidentinin leksikonunda səslənir".

Zəruri olaraq xatırladaq ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol (Zəngəzur yolu) - 10 noyabr bəyanatında əksini tapıb və onun statusu tamamilə Laçın dəhlizinin statusu ilə eynidir.

Digər tərəfdən, dəhlizin verilməsini öz suverenliyi və təhlükəsizliyinə təhdid sayan Ermənistan Qarabağdakı bir ovuc erməni üçün Laçın dəhlizinin mövcudluğunu nədənsə Azərbaycanın suverenliyinin pozulması kimi dəyərləndirmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.