Dünya

İtaliyada sel maşınları sürüklədi, yolları dağıtdı: ölənlər var - FOTO

16 Sentyabr 2022 23:19
Baxış: 731
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliyanın Marke bölgəsinə yağan güclü yağışlar nəticəsində azı altı nəfər ölüb, üç nəfər itkin düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə xilasetmə xidməti məlumat yayıb.

Bildirilir ki, iki-üç saat ərzində təxminən 420 mm yağıntı düşüb ki, bu da bölgədə bir illlik normanın yarısı qədərdir.

Məlumata görə, infrastruktura ziyan dəyib, torpaq sürüşmələri olub, bəzi yollar bağlanıb. Bəzi şəhərlərdə küçələri tamamilə su basıb, avtomobilləri su axınları aparıb. Elektrik enerjisinin verilişində və rabitədə kəsintilər var. Bəzi şəhərlərdə məktəblər bağlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.