Dünya

Qərb ölkələri Ukraynaya 36 milyard avrodan çox hərbi yardım edəcəklər

16 Sentyabr 2022 07:21
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb ölkələri Ukraynaya 36 milyard avrodan çox hərbi yardım etməyi planlaşdırır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Almaniyanın dünya iqtisadiyyatı üzrə Kiel İnstitutunun "Ukraine Support Tracker" (Ukraynaya Dəstək İzləyicisi - Red) xidmətinin məlumatlarında yer alıb.

Qeyd olunub ki, ABŞ Ukraynaya ən böyük silah və hərbi texnika tədarükçüsüdür. Bu ölkənin payı 25 milyard avro təşkil edəcək. Təchizat baxımından Böyük Britaniya ikinci yerdədir. Londonun payı 4 milyard avro olacaq.1 milyard avrodan çoxunu da Polşa (1,8 milyard avro) və Almaniya (1,2 milyard avro) ayıracaq.

Ukraynaya planlaşdırılan ümumi yardımın həcminə görə də ABŞ liderdir ( 44,5 milyard avro).

"Politico" qəzeti isə ABŞ administrasiyasının bu həftə Ukraynaya təqribən 600 milyon dollar dəyərində növbəti silah tədarükünü elan edəcəyini yazıb. Nəşrin məlumatına görə, Pentaqonun ehtiyatlarından Kiyevə avadanlıq və silahlar tədarük ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.