Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində Rusiyaya məxsus "Su-24M" qırıcı təyyarəsini vurub.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Cənub" operativ komandanlığı yayıb.
Bununla yanaşı, Rusiya ordusunun 31 texnikası və 33 canlı qüvvəsi də zərərsizləşdirilib.
Milli.Az