Dünya

4 yaşlı qız bir sutka valideynlərinin meyitlərinin yanında qaldı

14 Sentyabr 2022 18:52
Baxış: 1 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva yaxınlığındakı Ramenskoyedəki mənzillərin birində kişi və qadının meyitləri tapılıb.

Milli.Az bildirir ki, MK xəbər verir ki, yaşayış binasında dörd yaşlı qız uşağı da aşkar edilib, o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Nəşrin məlumatına görə, böyüklərin cəsədləri sentyabrın 13-ü axşam saatlarında tapılıb. Ölənlər 39 yaşlı qadın və onun 42 yaşlı əridir. Onların ölüm səbəbi müəyyən edilib, fövqəladə vəziyyətin cinayət xarakterli olması istisna edilmir.

Ölən qadının qızı olan uşaq ağır bədən xəsarətləri ilə yanaşı, ağır susuzluqla xəstəxanaya yerləşdirilib. Ola bilsin ki, o, ölü anası və atası ilə mənzildə bir gündən çox vaxt keçirib. İndi hadisənin bütün şəraiti hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.