Dünya

Suriyada 26 nəfərdə vəba xəstəliyi aşkarlanıb

13 Sentyabr 2022 08:14
Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada 26 nəfərdə vəba xəstəliyi aşkarlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyi bildirib ki, ən çox yoluxma halı Hələbdə qeydə alınıb - 20 nəfər. Bundan əlavə, Latakiyada dörd, Dəməşqdə isə iki nəfərdə xəstəlik aşkarlanıb.

"Hələbdə iki ölüm halına xəstələrin tibbi yardım üçün gec müraciəti və müşayiət olunan xroniki xəstəliklərin olması səbəb olub", - nazirlik bildirib.

Suriya Səhiyyə Nazirliyi hər 48 saatdan bir paytaxt və əyalətlərdə epidemioloji vəziyyətlə bağlı yenilənmiş məlumat dərc edəcək. Nazirlik tibb müəssisələrinin lazımi dərman ehtiyatı ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin görüldüyünü təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.