Dünya

Malidə 30 dinc sakin qətlə yetirildi

11 Sentyabr 2022 10:52
Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD yaraqlıları Malinin Burkina-Faso və Nigerlə həmsərhəd olan şəhərinə hücum edərək, 30-a yaxın dinc sakini öldürüblər.

Milli.Az report-a istinadən xəbər verir ki, Talatae şəhəri yaxınlığındakı Qao rayonunda bir neçə yüz yaraqlı əsgərlərə hücum edib və onları geri çəkilməyə məcbur edib.

Yaraqlılar yerli sakinlərə hücum etməklə yanaşı, dükanları qarət edib və ərzaq ləvazimatlarını yandırıblar. Məlumara görə, atışma zamanı terrorçulardan 3-ü məhv eüdilib.

Əraziyə xüsusi hərbi qüvvələr cəlb edilib. Onlar şəhərdə həyata keçirilmiş qətliamı, eləcə də iki gün yeməksiz dolaşan yüzlərlə qadın və uşağı aşkarlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.