Dünya

Pakistanda yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb

10 Sentyabr 2022 08:14
Baxış: 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanda iyunun 14-dən davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1 400 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Məlumata görə, musson yağışları nəticəsində 499-u uşaq və 280-i qadın olmaqla 1 396 nəfər ölüb, 12 728 nəfər yaralanıb.

Aramsız yağışlar 1 743 345 evə ziyan vurub, onlardan 568 817-si tamamilə dağılıb.

Qeyd edilir ki, 6 674 kilometr yol və 269 körpü dağıdılıb, 750 min başdan çox kənd təsərrüfatı heyvanı tələf olub.

Yağışlardan 33,4 milyon insan zərər çəkib, 634 min 749 nəfər çadır şəhərciklərinə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.