Pakistanda iyunun 14-dən davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1 400 nəfərə çatıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.
Məlumata görə, musson yağışları nəticəsində 499-u uşaq və 280-i qadın olmaqla 1 396 nəfər ölüb, 12 728 nəfər yaralanıb.
Aramsız yağışlar 1 743 345 evə ziyan vurub, onlardan 568 817-si tamamilə dağılıb.
Qeyd edilir ki, 6 674 kilometr yol və 269 körpü dağıdılıb, 750 min başdan çox kənd təsərrüfatı heyvanı tələf olub.
Yağışlardan 33,4 milyon insan zərər çəkib, 634 min 749 nəfər çadır şəhərciklərinə yerləşdirilib.
Milli.Az