Ölkə

Saat 10:00-da işıq sönəcək - Bu ərazilərdə

16 Sentyabr 2025 21:37
Baxış: 500
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Culfada elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

Milli.Az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq aparılacaq təmir-bərpa işləri səbəbindən Çeşməbasar yarımstansiyasından qidalanan 35 kV-luq Əbrəqunus hava xəttində təmir işləri görüləcək. Bu səbəbdən 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında gərginlik olmayacaq.

Bununla əlaqədar sentyabrın 17-də, saat 10:00-dan 13:00-dək Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkeşin, Gal, Şurut, Milax, Qazançı, Boyəhməd və Ləkətağ kəndlərinin elektrik təchizatında fasilələr olacaq.

Qeyd olunub ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda mərhələli təmir işləri davam etdiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.