Dünya

Ermənistanda atışma olub, xəsarət alanlar var

10 Sentyabr 2022 08:04
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın paytaxtı İrəvanda nənə və nəvə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, 25 yaşlı nəvə (S.Arutyun) "Erebuni" tibb mərkəzinə, 89 yaşlı qadın (M.Marus) isə Şenqavit tibb mərkəzinə aparılıb. Yaralılar paytaxtın Şenqavit inzibati rayonundakı mənzillərin birindən xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onların şəxsiyyətini müəyyənləşdirir, həmçinin vətəndaşların hansı şəraitdə güllə yarası aldıqlarını öyrənməyə çalışırlar.

Nəşrin məlumatına görə, onların xəsarət aldıqları mənzildə "Makarov" tapançası aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.