Dünya

Yaddaşını itirən Avstraliya sakini yenidən həyat yoldaşına aşiq oldu - FOTO

7 Sentyabr 2022 18:15
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Kvinslend şəhərindən olan 36 yaşlı Lyuk Bakton 2017-ci ilin mayında qəzaya uğrayıb. Nəticədə yaddaşını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bakton motosiklet sürərkən park edilmiş avtomobilə çırpılıb və ağır kəllə-beyin travması alıb. Ömrünün çox hissəsini unudub, yeriyə bilmir, danışa bilmir. Həmçinin doqquz ay əvvəl evləndiyi həyat yoldaşı Melissanı da tanımırdı.

Altı aydan çox xəstəxanada yatan Bakton ilyarım tibbi reabilitasiyadan keçib. Bütün bu müddət ərzində Melissa Baktonun yanında olub və ona itirdiyi xatirələrini bərpa etməkdə kömək edib. Sonunda Bakton həyat yoldaşına yenidən aşiq olub.

"Düşünürəm ki, biz "kədərdə və sevincdə, xəstəlikdə və sağlamlıqda" deyəndə, həqiqətən, bunu nəzərdə tuturdum. O, mənim ən yaxşı dostumdur, həmişə olub və elə də qalacaq", - deyə qadın bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.