Dünya

Anasını diri-diri basdıran qadın hakim qarşısına çıxarılır

6 Sentyabr 2022 19:38
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiayda Volqoqrad vilayətinin Olxovski Rayon Məhkəməsi 52 yaşlı ananı öldürməkdə təqsirləndirilən 30 yaşlı yerli sakinin işinə baxacaq: qadın anasını diri-diri basdırıb.

Milli.Az bildirir ki, bu haqda məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.

Məhkəmə iclası 6 sentyabr 2022-ci il tarixinə təyin edilib.

İyunun 13-də Olxovka kəndinin Poçtovaya küçəsində sərxoş qadınla anası arasında münaqişə baş verib, nəticədə qızı onun başına çəkiclə bir neçə zərbə vuraraq onu boğub. O, cinayəti ört-basdır etmək üçün anasını açıq tualet çuxuruna ataraq basdırıb.

Hüquq-mühafizə orqanları cinayətdən qadının qətl barədə danışdığı fiqurantın şərikinin sözlərindən xəbər tutublar. Məhkəmə-tibb ekspertləri müəyyən ediblər ki, ana aldığı xəsarətlərdən deyil, torpağın tənəffüs yollarına daxil olması nəticəsində mexaniki asfiksiyadan ölüb. Fakta görə, müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə iş açıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.