Dünya

Son 121 ilin ən isti yayı

5 Sentyabr 2022 23:23
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanda 2022-ci ildə orta hesabla 22,8 dərəcə ilə 1901-ci ildən bəri ən isti yay mövsümü olduğu açıqlanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Macarıstan Meteorologiya Baş İdarəsi tərəfindən verilən açıqlamada ölkədə orta yay temperaturunun 20,8 dərəcə olduğu bildirilib.

Ölkədə gündəlik ən yüksək temperatur 41,5 dərəcə qeydə alınıb.

Açıqlamada havanın temperaturunun artması ilə əlaqədar ölkə daxilində quraqlığın yaşandığı, 1991-2020-ci illər arasında 203,5 millimetr olan yağıntı ortalamasının 2022-ci ilin yayında 137,3 millimetrə qədər azaldığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.