Dünya

KİV: Türkiyə Nazirlər Kabineti Yunanıstana qarşı tədbirləri nəzərdən keçirəcək

4 Sentyabr 2022 20:49
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hökuməti prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bazar ertəsi, sentyabrın 5-də keçiriləcək iclasda son günlər iki ölkə arasında gərginliyin artması ilə əlaqədar Yunanıstana qarşı mümkün tədbirləri nəzərdən keçirəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "TRT" kanalı məlumat yayıb.

Kanal hərbi mənbələrə istinadən xəbər verir ki, ilin əvvəlindən Yunanıstan Hərbi Hava Qüvvələri tərəfindən Türkiyə hərbi təyyarələrini ələ keçirmək cəhdi və 1123 təqib faktı qeydə alınıb.

Qeyd olunub ki, 14 halda türk qırıcıları Ankarada düşmən hərəkətləri kimi qəbul edilən hava hücumundan müdafiə sistemləri tərəfindən radarlara düşüb.

Xatırladaq ki, Türkiyə Prezidenti Yunanıstanı Ankaraya qarşı gərginlik siyasətindən əl çəkməyə çağırıb, qonşu ölkəyə bunun üçün mümkün mənfi nəticələr barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.