Dünya

Bu ərazilərdə ağır döyüşlər gedir - Zelenski

4 Sentyabr 2022 16:22
Baxış: 872
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Cəbhənin bir çox bölgələrində gərgin döyüşlər davam edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

"Cəbhənin bir çox ərazisində ağır döyüşlər davam edir - həm Xarkov vilayətində, həm cənubda, həm də Donbasda", - prezident deyib.

Zelenski xatırladıb ki, Rusiya qoşunları bu gün yenidən Nikolayev vilayətinə, Zaporojye və Dnepropetrovsk vilayətlərinin rayonlarına, həmçinin Xarkova hücum edib.

O əlavə edib ki, ölən və yaralananlar arasında uşaqlar da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.