Dünya

Çexiyada on minlərlə insan hökumətə qarşı etirazlara qalxıb

3 Sentyabr 2022 23:47
Baxış: 1 057
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında baş nazir Petr Fiala hökumətinin istefası tələbi ilə etiraz aksiyası keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki, ölkənin siyasi qurumları və qeyri-hökumət təşkilatlarının çağırışı ilə on minlərlə insan paytaxtın ən böyük meydanlarından birinə toplaşıblar.

"Bütün Vatslav Meydanı hökumətin istefasını tələb edir! Biz mitinq iştirakçıları, əleyhimizə işləyən hazırkı kabinetin istefasını tələb edəcəyik", - aksiya iştirakçılarından biri deyib.

Etirazlarda hökumətin istefaya getməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.