Dünya

Qərbin Putin qarşısında ən böyük səhvi

3 Sentyabr 2022 08:57
Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb nüvə müharibəsi törətmək qorxusundan dolayı öz qətiyyətsizliyi ilə hətta Vladimir Putini ruhlandırıb. Qərb Kiyevə öz ordusundan başqa hər şeylə kömək etməlidir ki, Ukrayna işğaldakı əraziləri azad edə bilsin.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Latviyanın müdafiə naziri Artis Pabriks deyib.

"Rusiya informasiya müharibəsi və təbliğatının əhəmiyyətli təsiri oldu. Qərbdə çoxları həqiqətən inanırlar ki, Ukraynaya hər hansı dəstək daha da gərginləşməyə gətirib çıxara bilər və Putini, Kremli, Rusiyanı narahat edər. Bu, böyük səhv idi, çünki Rusiyanı provokasiyaya çəkən yeganə şey zəiflikdir", - Pabriks vurğulayıb.

"Ukraynanın Qərbdən zirehli texnika almaması üçün heç bir səbəb görmürəm. Niyə də olmasın? Sadəcə ona görə ki, Rusiya əsəbiləşə bilər?" - nazir əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.