Dünya

Selfiyə görə bir ailə suda boğuldu

2 Sentyabr 2022 20:52
Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda Çhattisqarhdakı Ramdaha şəlaləsində ehtiyatsızlıqdan suya düşən qohumunu xilas etməyə çalışan bir ailənin demək olar ki, yarısı boğulub.

Milli.Az bildirir ki, bu barədə "Mirror" yazır.

Faciə avqustun 28-də eyni ailənin 15 üzvünün gəzinti zamanı baş verib. 14 yaşlı Şraddha Sinq böyük bacısı ilə birlikdə şəlalənin zirvəsində təhlükəli selfi çəkdirmək istəsə də, müvazinətini itirərək yıxılıb, qızın ehtiyatsızlığı da ardınca yıxılan bacısı üçün ölümcül olub.

Qızlara ilk kömək edən onların qardaşı, əmisi oğlu və həyat yoldaşı olub - onlar əl-ələ tutaraq aşağı atılıb bacıları tapıb sudan çıxarmağa cəhd ediblər. Bir az sonra ailənin digər iki üzvü də eyni şeyi edib. Şahidlərin sözlərinə görə, qohumlar bir müddət dərin suda batdılar, ancaq əmisi oğlunun arvadı xilas ola bilib - qalanları boğularaq ölüb.

Həmin gün axşam üç cəsəd tapılıb və ertəsi gün daha üç ailə üzvü çıxarılıb. Qeyd olunub ki, şəlalələrin ərazisi üzgüçülük üçün təhlükəlidir, çoxsaylı qadağa nişanları turistləri bu barədə xəbərdar edir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.