Dünya

"Bərabərlik və demokratiya təhlükə altındadır"

2 Sentyabr 2022 18:20
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş respublikaçı prezidenti Donald Tramp və onun tərəfdarları Amerika siyasi sisteminin əsaslarını təhdid edən "ekstremizmin təcəssümüdür".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Co Bayden Filadelfiyada demokratik dəyərlər və respublikaçıların siyasətinə qarşı mübarizə ilə bağlı çıxışı zamanı deyib.

"Donald Tramp və MAGA şüarını dəstəkləyən respublikaçılar respublikamızın əsaslarını təhdid edən ekstremizmin təcəssümüdür. Bərabərlik və demokratiya təhlükə altındadır. Və əgər bunun belə olmadığı kimi davransaq, vəziyyəti özümüz üçün daha da pisləşdirəcəyik", - deyə C.Bayden bildirib.

Qeyd edək ki, MAGA ("Make America Great Again") D.Trampın 2016-cı il seçki kampaniyasında ABŞ-ın siyasi leksikonuna möhkəm yerləşmiş əsas siyasi şüarıdır.

Bundan əlavə, C.Bayden qeyd edib ki, Birləşmiş Ştatlar hazırda onun gələcəkdə necə ölkəyə çevriləcəyini müəyyən edəcək dönüş dövrünü yaşayır.

"İnanıram ki, Amerika dönüş nöqtəsindədir, bu, gələcəkdə işlərin necə olacağının müəyyən edildiyi anlardan biridir", - deyə ABŞ prezidenti əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.