Dünya

Putin Qorbaçovla belə vidalaşdı - VİDEO

1 Sentyabr 2022 16:02
Baxış: 3 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin avqustun 30-u vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla vidalaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, V.Putin Kalininqrad şəhərinə yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanaya gələrək Qorbaçovun tabutunun kənarına gül dəstəsi qoyub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Qorbaçovla vida mərasimi sentyabrın 3-ü təşkil ediləcək. Lakin Rusiya Prezidentinin qrafiki sözügedən mərasimdə iştirak etməyə uyğun gəlmir.

Xatırladaq ki, Mixail Qorbaçov vəsiyyət etdiyi kimi, həyat yoldaşı Raisa Qorbaçovanın yanında Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.