Dünya

10 yaşlı uşaq boğulan ananı xilas etdi

31 Avqust 2022 15:56
Baxış: 1 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Oklahoma ştatından on yaşlı Qevin Kini boğulan anasını hovuzdan çıxararaq ölümdən xilas edib.

Milli.Az bildirir ki, bu barədə ABC News xəbər verir.

Uşağın anası Laura Kini həyətdəki hovuzda çimərkən epilepsiya tutması keçirdiyini deyib. Qevin həmin an artıq suyu tərk edib və evin eyvanında oturub.

Oğlan Lauranın suda çırpınmağa başladığını eşidib və onun boğulduğunu tez anlayıb. Qevin hovuza dalıb, anasını çıxarıb, onu yan tərəfdəki pilləkənlərə aparıb və babası ona kömək edənə qədər bir dəqiqədən çox başını suyun üstündə saxlayıb.

Laura onu xilas etdiyi üçün oğluna inanılmaz dərəcədə minnətdardır. "Qevin mənim qəhrəmanımdır. Həm də əminəm ki, o, mənim qoruyucu mələyimdir", - deyə qadın emosional şəkildə jurnalistlərə etiraf edib.

Daha sonra yerli polis əməkdaşları uşağa anasını xilas etdiyinə görə şəhadətnaməni təntənəli şəkildə təqdim ediblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.