Dünya

Uçuş zamanı pəncərə çatladı - VİDEO

29 Avqust 2022 18:20
Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-Yorka uçan təyyarədə olan sərnişin təyyarənin pəncərəsi çatladığında təyyarədəki vəziyyəti lentə alıb.

Milli.Az bildirir ki, viral videonu "Mirror" paylaşıb.

Hadisə şənbə günü, avqustun 20-də Polşanın paytaxtından ABŞ-a uçan "Poland Airlines"a məxsus təyyarədə baş verib. Qeyd olunub ki, təyyarə Nyu-York hava limanına enməyə hazırlaşarkən pəncərə şüşəsi çatlayıb.

Kadrlarda çatlamış pəncərədə ard-arda üç sərnişinin necə sürətlə oturacaqlarından tullandıqları görünüb - təyyarədə çaxnaşma başlayıb, arxa planda həyəcanlı qışqırıqlar eşidilib. Belə ki, qadınlardan biri uca səslə stüardessaları köməyə çağırmağa başlayıb. Hadisə yerinə tələsik gələn stüardessa turistlərdən sakit olmalarını istəyib.

Məlumata görə, təyyarə təhlükəsiz şəkildə təyinat yerinə enib. Aviaşirkət illüminatorub hermetikliyini zədələnmədiyini, ancaq şüşənin qaralması üçün istifadə olunan elektrofotoxromatik təbəqənin zədələndiyini bildirib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.