Dünya

Ermənistanın Baş Prokurorluğunda Paşinyanın həbsi tələbi irəli sürüləcək

29 Avqust 2022 07:21
Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun bölmələri tərəfindən məhv edilən hərbçilərinin valideynləri sabah ölkənin Baş naziri Nikol Paşinyanın həbsini tələb edəcəklər.

Milli.Az bildirir ki, bu barədə "report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, valideynlər avqustun 30-da Baş Prokurorluqda olacaqlar.

"Avqustun 30-da saat 16:00-da Baş Prokurorluğa toplaşaraq baş prokuror Artur Davtyanın öz vəzifəsini yerinə yetirməsini tələb edəcəyik və hazırda Baş nazir postunu tutan, 44 günlük müharibə ərzində özünü Ali Baş Komandan elan etmiş Nikol Paşinyanı həbs edəcəyik", - valideynlərin yaydığı bəyanatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.