Dünya

Güclü istilər tundra meşəsinin yox olması ilə nəticələnə bilər

28 Avqust 2022 15:54
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbi Sibirdə istiləşmə tundra meşəsinin yox olmasına səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Ural bölməsinin və Ural Federal Universitetinin aparıcı elmi işçisi Rəşit Xantemirov bildirib.

Onun sözlərinə görə, istiliyə görə ən şimaldakı meşəliklər artıq qapalı meşələrə çevrilir.

Qeyd edək ki, rusiyalı alimlər bölgədə hava temperaturunun son yeddi min il ərzində ən yüksək həddə çatdığını müəyyən ediblər. Məlum olub ki, əvvəlki minilliklərdə də istiləşmələr baş verib və sonradan havanın temperaturu tədricən aşağı düşüb. Lakin 19-cu əsrin ortalarından etibarən bir tendensiyanın dəyişməsi başlayıb. Yüksələn hava hərarəti artıq azalmaq bilmir və hər il yeni rekordlara imza atır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.