Dünya

Almaniyada ticarət mərkəzlərinin eskalatorları söndürülür - Qənaət rejimi...

28 Avqust 2022 15:14
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada bəzi ticarət mərkəzləri enerjiyə qənaət çərçivəsində eskalatorların işini dayandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə "Saturn" və "Karstadt" pərakəndə satış şəbəkələrində qeydə alınıb.

Bəzi mərkəzlərdə isə işıqlandırmanın azaldılması yolu ilə enerjiyə qənaət edilir.

Qeyd edək ki, avqustun 24-də Almaniya hökuməti qışda qaz istehlakını 2-2,5% azaldacaq enerjiyə qənaət tədbirlərini razılaşdırıb. Tədbirlərə, xüsusən, idarələrdə və dövlət müəssisələrində istilik temperaturunun 20-dən 19 dərəcəyə endirilməsi, saat 22:00-dan 06:00-dək binaların və abidələrin açıq hava reklamlarının və işıqlandırılmasının dayandırılması daxildir.

Bundan əlavə, mağaza sahiblərinə qapıları uzun müddət açıq saxlamaq qadağan ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.